Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin prezidentliyə namizədliyi qeydə alınıb.
Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb.
V.Jirinovski ölkə prezidentliyinə namizədliyi rəsmən qeydiyyata alınan ilk siyasətçi olub.
Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının 31-ci qurultayında V.Jirinovskinin prezidentliyə namizədliyi irəli sürüb. Bununla da o, altıncı dəfə prezident seçkisində namizəd olub.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkisi 2018-ci ilin martında keçiriləcək.