Modern.az

Hədə-qorxu yolu ilə pul tələb edən tutuldu

Hədə-qorxu yolu ilə pul tələb edən tutuldu

22 Dekabr 2017, 16:09

Cəlilabad sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib.

 

Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb və həyata keçirilmiş tədbirlərlə şübhəli bilinən həmyerlisi Tural Məmmədov 200 manatı O.Ağayevdən alarkən saxlanılıb.

 

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər