1 milyarddan çox istifadəçi sayına malik olan Facebook-da icazəsiz şəkil paylaşmaq mümkün olmayacaq.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq bir nəfərlə şəkil çəkdirdikdən sonra Facebook-a şəkli yüklədiyinizdə, hətta həmin istifadəçini şəklə etiketləməsiniz də ona bildiriş göndəriləcək. Daim istifadəçilərin istəklərini nəzərə aldıqlarını bildirən və bununla da icazəsiz fotoşəkil paylaşımının qarşısını almaq istəyən Facebook şirkəti bu xüsusiyyətin sadə bir buton ilə aktiv və ya passiv vəziyyətə gələ biləcəyini bəyn edib.
Şirkət etdiyi bu gedişlə istifadəçilərinin üzlərinin texnologiya şirkətlərinə satılmasının qarşısını alacaqlarını qeyd edib.
Əbülfəz Kərimov