Modern.az

Gəncədə yanğın - ölən və yaralanan var

Gəncədə yanğın - ölən və yaralanan var

22 Dekabr 2017, 17:14

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədəki yanğınla bağlı məlumat yayıb.

 

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

 

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.

 

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış meyiti aşkar edilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər