Modern.az

Həbsxanalara ictimai nəzarətə dair növbəti seminar keçirilib

Həbsxanalara ictimai nəzarətə dair növbəti seminar keçirilib

22 Dekabr 2017, 19:46

Bakıda Azərbaycanın regionlarından olan vətəndaş cəmiyyəti fəalları üçün  növbəti seminar keçirilib. Modern.az xəbər verir ki, "BMT-nin və Avropa Şurasının üzvü olan ölkədə ictimai nəzarət" mövzusuna həsr olunan seminarda Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov iştirakçılara penitensiar müəssisələr üzərində mövcud dövlət və ictimai nəzarət mexanizmlərinin icmalını təqdim edib. Penitensiar sistem xaricindəki azadlıqdan məhrumetmə yerləri barəsində danışan natiq BMT-nin və Avropa Şurasının üzvü olan ölkə qismində Azərbaycanda ictimai nəzarətin xüsusiyyətlərinə böyük diqqət yetirildiyini vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, hazırkı seminarda bu ilin oktyabrında və dekabrında Şəkidə və Gəncədə keçirilən seminarların 20 nəfərdən çox fəal iştirakçısı iştirak edib.

 

Qeyd edək ki, tədbir BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən Azərbaycan İnsan Hüquqlarının Müdafiə Mərkəzinin (AİHMM) tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində təşkil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər