Modern.az

Gələn il şpris istehsalı zavodu istismara veriləcək

Gələn il şpris istehsalı zavodu istismara veriləcək

22 Dekabr 2017, 22:07

Gələn il Azərbaycanda “Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək. Modern.az xəbər verir ki, bu barədə APA-ya zavodun təsisçisi Aytən Quliyeva bildirib.

Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: “Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam”.

Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək.

 

“2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq”, - deyə A.Quliyeva bildirib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər