Modern.az

Salyanda 1 ay əvvəl itkin düşən kişinin meyiti tapılıb

Salyanda 1 ay əvvəl itkin düşən kişinin meyiti tapılıb

22 Dekabr 2017, 23:40

Bu gün axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində cari ilin noyabr ayının 26-da itkin düşmüş kişinin suda boğulmuş meyiti tapılıb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, qonşu Yenikənd kəndindəki istixanada işləmək üçün evdən çıxan 45 yaşlı Kürsəngi kənd sakini Vüqar Məhərrəm oğlu Məhərrəmov bir daha evə qayıtmamışdı. Onun evlərinin yaxınlığındakı tullantı sularını axıdan  kollektordan keçmək istəyərkən sərxoş vəziyyətdə suya yıxılaraq boğulduğu ehtimal edilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər