Əfsanəvi Osmanlı memarı Memar Sinan haqqında rəvayətlər, yarı uydurulmuş, yarı gerçək əhvalatlar bu gün də dildən-dilə dolaşır.
Modern.az xəbər verir ki, araşdırmaçı alim, dosent Zaur Əliyev türk memarının daha bir möcüzəsi barəsində maraqlı məlumatla çıxış edib:
“Usta Memar Qanuni Sultan Suleymanın qızı Mihrimahı sevirdi. Lakin bu sevginin sonunun olmayacağını da bilirdi. Sultan əsla adi memarla qızının ailə qurmasına izn verməzdi. Çünki adi əsgər kimi Osmanlı sarayına gətirilən memar Sinan 1538-ci ildə iştirak etdiyi Karabuğdan (Moldova) səfəri ərəfsində Prut çayı üstündə inşa etdiyi bir körpü ilə hamının diqqətini öz üzərinə çəkdi. Bir il sonra Əcəm Əlinin ölümündən sonra onun yerinə, sarayın baş memarı oldu. Ömrünü axırına qədər bu vəzifədə qaldı.
Sultanın qızına olan sevgisini ona göstərmək üçün 1546-cı ildə şans yaranır. Qeyd edim ki, sultanın qızı Mihirmah adı fars dilində Mihr-GÜN və Mah isə AY deməkdir. Bunu bilən memar Sinan İstanbulun 7 təpəsi üzərində məscid tikilməsi əmrin alan kimi onu sevdiyi xanıma həsr etmək qərarına gəlir. Bunun üçün mükəmməl bir plan qurur. Birinci məscidi Üsküdarda, ikinci məscidi isə Ədirnəqapı deyilən hissədə inşa edir”.
Əsl sirr isə budur: O, məscidin inşa yerini elə planlayır ki, mart ayının 21-I günü qübbələrin birində GÜN batır, digərində isə AY çıxır. Elmdə də məlumdur ki, 21 mart – Yaz gecə –gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə (900) olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində yaz, Cənub yarım kürəsində payız fəsli başlanır.
Bir maraqlı məqam da odur ki, sevdiyi sultan qızı MihirMah məhz Mart ayının 21-i dünyaya gəlib. Memar Sinanın sevgisi həyatında nakam nəticələnsə də, tarixdə bu eşq tikintisi adın alır.
Hazırladı: E.Nihad