Modern.az

“İrəli” 9 illiyinə cəbhədən başlayacaq

“İrəli” 9 illiyinə cəbhədən başlayacaq

22 Dekabr 2017, 18:30

 “İrəli” İctimai Birliyi Cəbhə bölgəsinə gedəcək.

 

Bu barədə “İrəli” İctimai Birliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “İRƏLİ” İctimai Birliyi 23 dekabr 2017-ci il tarixində təşkilatın təsis edilməsinin 9 illiyini gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənən gəncləri mükafatlandırmaq məqsədi ilə cəbhə xəttində həqiqi hərbi xidmətdə olan  gənclərlə qeyd edəcək.

 

“İrəli” sədri MirHəsən Seydov qeyd edib ki, “Cənab Prezident bu günə kimi bütün ad günlərini çox sadə, cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Bu formada keçirilməsi gənclər üçün nümunədir, stimul verir. Məhz elə bu səbəbdən də biz təşkilatın 9-cu ildönümü bu formada etməyi planlaşdırırıq”.

 

“İRƏLİ” İctimai Birliyinin 9-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, “İRƏLİ” komandası və 100-dən çox üzvün Aprel şəhidləri kompleksi, Şəhidlər Xiyabanına getməsi, Cocuqmərcanlıya ekskursiya edərək yeni tikili məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olması planlaşdırılıb. Daha sonra Cəbhə bölgəsində yerləşən N saylı  hərbi hissədə əsgərlərlə görüş keçirilməsi, fərqlənən gənclərə diplom və hədiyyələr verilməsi və əsgərlər üçün əyləncə proqramı təşkil olunması nəzərdə tutulub.

 

 “İRƏLİ” İctimai Birliyi  ənənəni davam etdirərək, təşkilatın ad günü tortunu hərbi hissədə vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsəcək.

 

 “İrəli” İctimai Birliyi 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. 24 Dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birliyi təsis olunub.

 

Qeyd edək ki, 25 dekabr 2017-ci il tarixində ictimaiyyət üçün açıq hesabat konfransı baş tutacaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər