"2018-ci ildə Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə, daxili siyasi sabitlik şəraitində keçəcək".
Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
2018-ci ildə Azərbaycanda təhlükəsizlik məsələsinə toxunan Z.Əsgərov bildirib ki, hazırda bütün dünya təhdid içərisindədir:
"Biz dünyadan təcrid olunmuş vəziyyətdə deyilik. Təhdid indiyə qədər olub, bundan sonra da ola bilər. Amma bizim təhlükəsizlik orqanları bu işdə çox ayıq-sayıqdırlar, baş verə biləcək təhdidlərin qarşısını vaxtında alırlar. Bundan sonra da belə olacaq".