Modern.az

Yunanıstanın səfiri Milli Məclisə getdi

Yunanıstanın səfiri Milli Məclisə getdi

24 Dekabr 2017, 13:34

Bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hadi Rəcəbli, Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikolas D.Kanellosu qəbul edib.

 

Söhbət əsnasında qeyd olunub ki, Yunanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ötən 25 il ərzində parlamentlərarası əlaqələr geniş vüsət almış, dostluq qrupunun üzvləri bu müddətdə 9 qarşılıqlı səfərlər təşkil etmiş, ölkələrarası münasibətlərin istiləşməsinə lazımi töhfəsini verib.Bu müddət ərzində TAP və TANAP proqramlarının ərsəyə gəlməsi və iqtisadi əməkdaşlığın, maliyyə rəqəmlərinin dəfələrlə artması buna bariz nümunədir.

Hadi Rəcəbli qeyd edib ki, onda olan məlumata görə, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun say tərkibi bu parlamentin ən böyük dostluq qruplarından biridir. Belə ki, bu qrupda  ayrı-ayrı partiyadan 24 deputat təmsil olunur.  Bu göstərici bir daha bu əməkdaşlığın müsbət məqamlarından xəbər verir.

Əməkdaşlığın ideoloji sahəsinin kulminasiyası kimi ötən ilin aprel ayında yazıçı-publisist, deputat Hüseynbala Mirələmovun ”ЖЗЛ” seriyasından Heydər Əliyev kitabının yunan dilinə tərcümə olunmuş nüsxəsinin  Afinada təqdimat mərasiminin keçirilməsi olub..

Səfir və komitə sədri bu əməkdaşlığın daha geniş vüsət alması üçün bütün imkanlardan istifadə edəcəklərini vurğulayıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər