Azərbaycanda orta məktəbdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, yanğın Şəmkir rayonu, Zəyəm qəsəbəsində 2 saylı kənd orta məktəbdə qeydə alınıb. Ümumi sahəsi 1914 m2 olan birmərtəbəli korpusunun çardağının yanar konstruksiyaları 114 m2 sahəsə (o cümlədən, 1 sinif otağının tavanı 30 m2), idman zalının yanar konstruksiyaları 54 m2 sahədə (ümumi 168 m2) yanıb.
Korpusun qalan hissəsi və digər korpus yanğından mühafizə olunüb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.