Modern.az

Gəlin 10 rəfiqəsi ilə birgə toy günü qəzada öldü

Gəlin 10 rəfiqəsi ilə birgə toy günü qəzada öldü

Dünya

24 Dekabr 2017, 21:39

Gəlin və 10 rəfiqəsi toy günü yol qəzasında ölüb. Modern.az xəbər verir ki, hadisə Nigeriyanın şimal-qərbində yerləşən Kano şəhərində baş verib. Belə ki, gəlin və onun rəfiqələrini aparan avtomobil yol qəzasına düşüb. Sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini şlaqbauma çırpıb. Səkkiz qız hadisə yerində ölüb, daha üçü isə xəstəxanada keçinib. Eyni zamanda üç qadın və sürücü yaralanıb.

 

İlkin araşdırmalara görə, qəzaya sürət həddini aşmaq səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU