Əfqanıstanda 15 "Taliban" yaraqlısı məhv edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terrorçular ölkənin şərqində yerləşən Vardak əyalətinə endirilən hava zərbələri nəticəsində məhv edilib.
Öldürülən taliblər sırasında bir səhra komandiri də var. Hədəfə alınan yaraqlılar yüksək gərginlikli elektrik xəttinə zərər vurulmasına görə məsuliyyətli olublar.