İspaniya Mülki Qvardiyası narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində əməliyyat keçirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı 15 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 4 ton həşiş götürülüb.
Cinayətkar qruplaşmanın Malaqada yerləşdiyi və narkotik vasitələrin Avropa ölkələrində satışını təşkil etdiyi açıqlanıb. Həşiş İspaniyaya Mərakeşdən gətirilir.