Türkiyənin “Fənərbaxça” klubunun azarkeş qruplarından birinin lideri Məhməd Altunkaynak qətlə yetirilib. Modern.az Axar.az-a istinadən xəbər verir ki, o, kafedən çıxarkən naməlum şəxs tərəfindən güllələnib. Ağır yaralanan Altunkaynak dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis qatilin tapılması istiqamətində axtarışlara başlayıb.