Modern.az

“HOME” layihəsi ilə tikinti şirkətləri də maraqlanır

“HOME” layihəsi ilə tikinti şirkətləri də maraqlanır

Aktual

24 Dekabr 2017, 13:33

“İİALD” İctimai Birliyinin təşəbbüsü ilə “Çoxmənzilli binaların idarə edilməsi və “HOME” layihəsi mövzusunda növbəti seminar-treyninqi keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşları, Bakı şəhərinin müxtəlif rayonlarından olan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin nümayəndələri, mənzil mülkiyyətçiləri, müxtəlif qeyri-hökümət təşkilatlarının əməkdaşları, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbələri iştirak ediblər. Həmçinin əvvəlki seminarlardan fərqli olaraq, ilk dəfə bu tədbirlərə Bakı şəhərində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərliyi qatılıb. Məhz bu səbəbdən də bu seminar əvvəlki seminarlardan fərqli olaraq canlı fikir mübadiləsinə üstünlük verilməsindən, o cümlədən mövcüd olan problemlərin həll edilməsi vasitələrinin araşdırılmasından ibarət olub.

Seminarda dinləyicilər çoxmənzilli binaların idarəetmə qaydalarındakı fərqləri və bu qaydalardan hər birində yarana biləcək riskləri öyrəniblər.

Seminar təşkilatçıları ayrı-ayrı binalarda və MMMC-nin təcrübəsində problemləri müzakirə edərək, onların qarşısını almaqda xüsusi rolu ola biləcək xüsusi alqoritm hazırlamaq qənaətinə gəlibıər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər