Modern.az

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi keçirilib - FOTOLAR

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi keçirilib - FOTOLAR

Aktual

25 Dekabr 2017, 15:47

Yaşlıların uşaqlara verdiyi ən məşhur sual “Böyüyəndə kim olmaq istəyirsən?”dir. Əslində, bu sualı verəndə çoxumuz eyni cavabı eşidirik. Gələcəyimiz olan uşaqlar böyüyəndə ya polis olmaq istəyirlər, ya həkim, ya da ki, müğənni... Biz də təbii olaraq uşaqların nəyə görə bu peşələri seçdikləri ilə maraqlanırıq. Onlar cavablarında “atama-anama oxşamaq istəyirəm” cavabını verirlər.

Sumqayıt şəhəri 39 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Leyla Şamxal qızı Muradova isə rəssam olmaq istəyir.

Yeri gəlmişkən, Leyla bugünlərdə üzvü olduğu Sumqayıt şəhər 1 saylı Uşaq və Yeniyetmələrin İnkişaf Mərkəzində rəsm dərnəyinin keçirdiyi müsabiqənin qalibi olub. Daha dəqiq söyləsək o, “Fövqəladə hallar uşaqların gözü ilə” VII Uşaq Yaradıcılıq  Müsabiqəsinin Sumqayıt zona mərhələsində “Rəsm” nominasiyası üzrə I yeri tutub.

Modern.az Leylanın fırçasıdan çıxan tabloları oxuculara təqdim edir:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər