Böyük Britaniya vətəndaşı Tomas Əmirəl-Mudi Azərbaycanda yaxın qohumunun toy mərasimində xalqımıza məxsus “Sarı Gəlin” mahnısını ifa edib.
Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.
“Tomas Əmirəl-Mudi Azərbaycanı və Türk dünyasını sevən şəxsdir. Evində Azərbaycan və Türkiyənin bayraqları var. Daim Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar oxuyur. Xüsusilə, ölkəmizdə gedən prosesləri ciddi şəkildə izləyir. Tez-tez Azərbaycana gəlir.
Qeyd edim ki, Tomasın xalq mahnılarımızın öyrənməsində azərbaycanlı xanımı Röyalə Əmirəlin böyük rolu var. Övladları 5 yaşlı Əsgər və 3 yaşlı Yelizavet Əmirəllər milli ruhda tərbiyə alırlar.
Röyalə Əmirəl ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmirəlin (Jonh Naimi Amiral) bacısıdır”.