Modern.az

Qusar sakini üçəm dünyaya gətirdi 

Qusar sakini üçəm dünyaya gətirdi 

Aktual

25 Dekabr 2017, 17:41

Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlib. Körpələrdən ikisi qız, biri oğlandır.

 

Modern.az xəbər verir ki, Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova AZƏRTAC-a bildirilib ki, vaxtında əvvəl doğulan uşaqlara müvafiq tibbi yardım göstərilməsi üçün mərkəzin səyyar qrupu gecə saatlarında Qusar Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Körpələr Qubaya gətirilib.

 

Yeni doğulan körpələr bir sutka küvezdə saxlanılıb. Hazırda gənc ananın və uşaqların vəziyyəti kafidir. Bu, Şəhla Əmirəliyevanın ilk hamiləliyi olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər