“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Milli Təcrübə Forumu” layihəsi başlayır.
“İrəli” İctimai Birliyi Milli Təcrübə Forumu çərçivəsində video çarx hazırlayıb.
Modern.az xəbər verir ki, gənclərin hərtərəfli inkişafı, milli ruh və vətənpərvərlik ideyası, ölkənin inkişaf siyasətinə töhfə vermə istiqamətini daim hədəf tutan “İrəli” İctimai Birliyinin reallaşdıracağı Forumun əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsində gənclərin yaradıcı və innovativ potensialının, sahibkarlıq fəaliyyətinə təşəbbüslərinin artırılması, onların ixtisaslı kadr kimi formalaşdırılmasıdır. Həmçinin beynəlxalq miqyasda rəqabətədavamlı formada yetişdirilməsi üçün ilkin baza xarakteri rolu oynayan peşə-ixtisas təcrübələrinə yiyələnməyin əhəmiyyətini aşılamaq, onların mövcud imkanlardan yararlanamsına dəstək olmaq və bu qayədən çıxış edərək təşkilat tərəfindən formalaşdırılacaq təcrübə proqramını gənclər arasında təbliğ etməkdən ibarətdir.
Milli Təcrübə Forumu dövlət gənclər siyasətinin yaratdığı imkanlardan istifadə etməklə gəncləri, xüsusilə tələbələri peşə və ixtisas fəaliyyəti ilə bağlı gələcək karyera həyatında uğur qazanması üçün zəruri informasiya və əlaqələrlə təmin edir, onları perspektiv iş mühitinə uyğunlaşdırmaq, gənclərin məşğulluq məsələsinin daha effektiv formada təşkilinə yardımçı olmaq istiqamətinə yönələn layihədir.
Videonu izləmək üçün keçid edin.