Ucarda evdə yanğın zamanı xəsarət alan şəxslərin vəziyyəti ağır olaraq qalır. Modern.az xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, yanğın zamanı ağır yanıq xəsarəti diaqnozu ilə xəstəxanaya daxil olan 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədovaya və 2 yaşlı Turan Azad oğlu Əhmədliyə ilkin tibbi yardım göstərilib.
Həmin şəxslər müalicələrini davam etdirmək üçün paytaxta göndərilib.