Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti mediada polis rəisinin həbs edilməsi barədə yazılan xəbərlərə münasibət bildirib.
Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Natiq Cavadov Modern.az-a deyib ki, qeyd edilən yazılarda adıçəkilən Fərhad Məmmədxanov daxili işlər orqanlarının əməkdaşı deyil:
“Həmin xəbərlərdə polis polkovniki kimi təqdim edilən Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub”.
DİN rəmisi bildirib ki, həmin şəxs təxminən 6 ay əvvəl - bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.