Modern.az

Tələbələrə sertifikat verildi

Tələbələrə sertifikat verildi

26 Dekabr 2017, 10:25

“Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” ictimai birliyi Prezident yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilati dəstəyi ilə “Ekoloji təhsil: Turizmdə ətraf mühitin qorunması” layihəsini həyata keçirib.

 

Layihə gənclərin ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, turizmin ekologiyaya təsiri və həlli yolları üzrə biliklərin artırılması məqsədini daşıyır.

 

Keçiriləcək təlimlər zamanı Azərbaycanın malik olduğu zəngin ekoloji potensialı, təbiət və cəmiyyətin optimal qarşılıqlı əlaqəsi, ətraf mühitin qorunmasında mənəvi məsuliyyətin artırılması, fəaliyyətinin bütün növlərində təbiətə daimi qayğının göstərilməsi, ekoloji bilik, münasibət və inanclar sistemi, həmçinin ekologiyanın sosial, tibbi, texniki tərəfləri, turizm marşrutlarında ekoloji təhlükəsizliyin nəzərə alınması kimi mövzular müzakirə olunub.

 

Layihə Azərbaycan Turizm və Menecment Universitetində keçirilib.

 

Ümumi 7 nəzəri və 1 praktiki dərs (Qobustan Dövlət Tarix və Bədii Qoruğunda) tədris olunub.

 

Təlimlərdə iştirak edən tələbələrə sertifikatlar verilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər