Dekabrın 25-də saat 9:00 radələrində Quba rayonunun İqriq kəndində şəhər sakini Şövkət Qubadovun idarə etdiyi “Mercedes-230” markalı avtomobil Digah kənd sakini Zaur Əsədovun idarə etdiyi “Mercedes-412D” markalı mikroavtobusla toqquşub.
Modern.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində Ş.Qubadov xəstəxanaya aparılarkən yolda ölüb, 3 sərnişini, habelə Z.Əsədov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.