Modern.az

Deputat şikayətləri dinlədi - FOTO

Deputat şikayətləri dinlədi - FOTO

26 Dekabr 2017, 14:14

Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən seçiciləri qəbul edib.

 

Milli Məclisdəki görüş zamanı vətəndaşlar onları narahat edən müxtəlif məsələləri qaldırıblar. Qəbulda əsasən təhsil, məşğulluq, “Sovetski” ərazisindən köçürülməyə görə kompensasiya, həmçinin bir sıra sosial və hüquqi məsələlər müzakirə edilib.

 

Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov onların  müraciətlərini qəbul edib.

 

Qəbul zamanı millət vəkili vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini vəd edib.Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 

Yasamal rayon sakinləri onlarla görüşdüyünə və problemləri iləmaraqlandığına görəElşad Həsənova minnətdarlığını bildiriblər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər