Bu günlərdə paytaxtımızın görkəmli guşələrindən birində - Azadlıqprospekti, 100A - yeni gül salonu fəaliyyətə başlayıb.“ProvenceBoutique” adlı bu salon digər gül dükanlarından bir çox özünəməxsus cəhətləri ilə fərqlənir.
Belə ki, burada təbii güllərlə yanaşı, Azərbaycanda ilk dəfə olaraq yeməli çiçəklər də əldə etmək olar.Hal-hazırda salon öz alıcılarına müxtəlif yeməklərdəi stifadə ediləcək 8 növdə gül təklif edir. Xanımlar öz fantaziyalarına görə hazırladıqları salatlar, soyuq qəlyənaltılar, digər kulinariya məhsullarında bu çiçəklərdən yararlanaraq, öz bacarıqlarını nümayiş etdirə bilərlər.
Floristlərin Avropa standartlarına uyğun olaraq nəfis şəkildə hazırladıqları gül dəstələri zövq oxşayır. Burada Fransanın, Yaponiyanın çiçək tərtibatı üslubundan istifadə olunur. Yeganə olaraq bu salonda qadınlarla yanaşı, həmçinin, kişilərüçündə gözəl bu ketlər hazırlanır.
Butikdə, habelə, kafe xidmətləri də göstərilir.Məkanın əməkdaşları öz müştərilərinə dəyər verərək, onlara bir fincan kofe və ləzzətli təamlardan dadmaq təklifi edirlər. Salonun əməkdaşları, habelə, həyatınızın xoş, əlamətdar günlərini yadda qalan etmək üçün seçilən məkanı zövqlə bəzəməyə hazırdırlar.
Yeni məkanda, eyniz amanda, floristikaya həvəs göstərənlər üçün bu sənətin incəliklərinə yiyələnmək imkanı yaradılıb. Bu sahənin mütəxəssisləri çiçəklərin becərilməsi, onlardan müxtəlif kompozisiyaların hazırlanması barədə sizinlə öz təcrübələrini bölüşəcəklər.
Əziz bakılılar və şəhərimizin qonaqları! Sizi “Provence Boutique”də hər zaman gözləyirlər! Öz qeyri-adi xəyallarınızı “Provence Boutique”də həyata keçirin!