Almaniyanın Qərbi Qazaxıstandakı fəxri konsulu Piter Kriger Atırau şəhərində mənzilində ölü tapılıb.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.
54 yaşlı diplomatın ölümü ilə bağlı araşdırma aparılır.
Qeyd olunur ki, ilkin baxış nəticəsində fəxri konsulun bədənində zorakılıq izləri aşkar edilməyib.
Aparılan ekspertizadan sonra P.Krigerin ölüm səbəbi məlum olacaq.