Modern.az

Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb  

Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb   

Aktual

26 Dekabr 2017, 23:16

Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib.

 

Belə ki, kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisəni törədən şəxs polisə gedərək könüllü təslim olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Sevindik Məmmədov Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi