"Brent" markalı neftin bir barelinin qiyməti 2015-ci ildən sonra ilk dəfə ən yüksək həddə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Londonun "ICE" birjasında satışın gedişatında "Brent" markalı neftin 2018-ci ilin fevralına nəzərdə tutulmuş qoyuluşu 2,64 faiz artıb. Beləliklə, bu markadan olan neftin qiyməti bir barelinin qiyməti son iki ildə ilk dəfə 67,02 dollar olub.
Qeyd edək ki, bu növdən olan benzinin qiyməti sonuncu dəfə 2015-ci ilin 18 mayında 67 dollar olub.