Bir neçə gün öncə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun təsdiqlənib. Dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi müəyyənləşib -65 yaş.
Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər. Bu o deməkdir ki, 65 yaş məhdudiyyəti elm adamlarına şamil olunmur.
Modern.az saytı xatırladır ki, Əmək Məcəlləsinə dəyişiklikər Milli Məclisdə müzakirə olunarkən bir sıra deputatlar qanunun elm adamlarına şamil olunmasının əleyhinə çıxış etmişdilər. Elə məhz bu etirazın nəticəsi olaraq sonradan qanuna yenidən baxıldı və belə qərara gəlindi ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar üçün müəyyənləşdirilən yuxarı yaş həddi - 65 yaş elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş şəxslərə şamil olunmasın.
Modern.az saytı oxucuları "Parlamentdə elm və təhsil işçilərinin sosial məsələləri müzakirə edilərkən xüsusi fəallıq göstərən deputalar hansılardır?" adlı sorğuda iştiraka dəvət edir.
Sualımızı cavablandırmaq istəyənlər saytımızın əsas səhifəsindəki “Sorğu” bölməsində adları qeyd olunmuş deputatlardan birinə səs verə bilərlər.
Həmin deputatlar aşağıdakılardır:
1. Gülçöhrə Məmmədova
2. Abel Məhərrəmov
3. Ziyad Səmədzadə
4. Ağacan Əbiyev
5. Sevinc Fətəliyeva
6. Səməd Seyidov
7. Nizami Cəfərov
8. Yaqub Mahmudov
9. Əhliman Əmiraslanov
10. Şəmsəddin Hacıyev