Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.
Modern.az saytı xəbər verir ki, bu haqda klubun yaydığı məlumatda bildirilib.
Məlumata görə, alpinistlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.
Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.
Yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.
Klubdan “Qafqazinfo”ya bildirilib ki, onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.
Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.