Modern.az

FHN itkin düşən 3 alpinist barədə məlumat yaydı  

FHN itkin düşən 3 alpinist barədə məlumat yaydı   

27 Dekabr 2017, 09:53

Fövqəladə Hallar Nazirliyi (FHN) alpinistlərin itkin düşməsilə bağlı məlumat açıqlayıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar"  hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

 

Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Klubun yaydığı məlumata görə, alpinistlər -Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər