Modern.az

Deputat Lənkəranda şəhid ailəsinə baş çəkdi

Deputat Lənkəranda şəhid ailəsinə baş çəkdi

27 Dekabr 2017, 11:02

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli həmişə olduğu kimi, bu dəfə də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı  ərəfəsində Lənkəranın Aşağı-Nüvədi qəsəbəsində yaşayan şəhid İqbal Əhmədovun ailəsinə baş çəkib.

Modern.az xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə millət vəkili şəhidin ailəsinin sosial durumu ilə, onlara düşəcək mənzilin növbəsi ilə maraqlanıb, cari problemlərinin bəzilərini həll edib. Bütün bayramlarda olduğu kimi, bu dəfə də Hadı Rəcəbli şəhidin iki azyaşlı övladına Yeni il hədiyyəsi bağışlayıb və maddi yardım göstərib.

Sonda şəhidin qaynatası və həyat yoldaşı da öz növbəsində göstərilən bu diqqətə və qayğıya görə ölkə başçısı İlham Əliyevə və millət vəkilinə öz təşəkkürlərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər