Modern.az

Gənc yazar Yazıçılar Birliyindən dəstək istəyir  

Gənc yazar Yazıçılar Birliyindən dəstək istəyir   

27 Dekabr 2017, 11:29

Bir qrup Azərbaycanlı gənc “Wattpad” ədəbiyyat portalında ədəbiyyat müsabiqəsi elan edib. Dünyanın 50 dilində əlçatan olan ədəbiyyat portalının aktiv istifadıçi 27 yaşlı Əhməd Şirəliyev bir müddət öncə “Feniks” adlı ədəbiyyat müsabiqəsinə başlayıb. Müsabiqədə gənc yazıçı Elşən Məmmədli və publisist Toğrul Maşallı münsiflər heyəti qismində iştirak edir.

Bu barədə Modern.az-a danışan Əhməd Şirəliyev deyib ki, kimsə onlara dəstək olmur. Ona görə də Azərbaycan Yazıçılar Birliyindən (AYB) kömək istəyirlər.


“Bir müddət əvvəl MDB ölkələrinin elan etdiyi müsabiqədə finala qədər gedib çıxmışdım. Sonra qərara aldım ki, müsabiqə elan edim və etdim. Hazırda “Feniks”  ədəbiyyat müsabiqəsinin rəhbəriyəm. Məqsədimiz odur ki, əsərləri heç yerdə çap olunmayan gənc yazarlar romanları ilə birgə bu müsabiqəyə qatıla bilərlər. İş ondadır ki, bu müsabiqəyə Ukraynadan, Rusiyadan, Çeçenistandan qatılıblar, amma bir nəfər də olsun ki, azərbaycanlı yoxdur. Münsiflər heyətində jurnalist Mahmud Abdullayev, publisist Toğrul Maşallı var. Müsabiqənin sonunda hər janrdan bir qalib olacaq. Müsabiqənin keçirilməsinə “Qanun” Nəşriyyatı da dəstək verib. Belə ki, finalçıların kitabları nəşriyyatın rəsmi veb-səhifəsində - Qanun.az saytında “e-book”, yəni elektron kitab formatında satışa çıxarılacaq. “Feniks” ədəbiyyat müsabiqəsinə ədəbi əsərlərin qəbulu dekabrın 31-dək aparılacaq. Həmin qaliblərin əsərləri “Qanun” Nəşriyyatının saytında yerləşdiriləcəK. Hesab edirəm ki, müsabiqə kifayət qədər diqqət cəlb edəcək və daimi olaraq keçiriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər