Modern.az

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?

27 Dekabr 2017, 11:44

Azərbaycanın ali təhsil müəssisələrində tədris ilinin payız semestri üzrə dərslər başa çatmaq üzrədir.

Modern.az xəbər verir ki, dekabrın 29-dan etibarən universitetlərdə dərslər yekunlaşacaq. Bayram tətilindən sonra əyani təhsil alan tələbələr üçün qış imtahan sessiyası start götürəcək. İmtahanların yanvarın ilk həftələrindən sonuna qədər davam etməsi gözlənilir. İmtahanlar universitetlərin daxili kodekslərinə uyğun olaraq  yazılı, şifahi və ya  test üsulu ilə keçiriləcək.

Artıq ali təhsil müəssisələrində qış imtahan sessiyasına hazırlıq işləri başlayıb.

Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar 5 ardıcıl gün  (30 dekabr – şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) qeyri- iş günü olacaq.

 

Nəzrin Rüstəmova

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər