Modern.az

Azərbaycanda yenidoğulmuş appendisitdən əməliyyat olundu - FOTO

Azərbaycanda yenidoğulmuş appendisitdən əməliyyat olundu - FOTO

27 Dekabr 2017, 11:58

“Körpə də bizim kimi fikrə gedib ki, heç yenidoğulmuş uşaqda da appendisit olar?”

 

Modern.az xəbər verir ki, bu sözləri yenidoğulmuşun fotosunu paylaşan tanınmış həkim Fuad Hüseynov yazıb.

Həkim qeyd edib ki, bu, çox nadir rast gəlinən haldır:

“Çox nadir olsa da, yenidoğulmuş körpədə də apendisit görülə bilir ki, bu hadisə də bizim balaca qəhrəmanın başına gəldi. Uşaqda ümumi narahatlıq, infeksiya göstəriciləri artdığı üçün aparılan müayinələr nəticəsində appendisit diaqnozu təsdiqləndi və körpə cərrahi əməliyyata alındı”.

F.Hüseynov bildirib ki, körpə əməliyyatdan 2 gün sonra tam sağlam şəkildə evə yola salınıb:

“Ümumiyyətlə,  yenidoğulmuşlarda appendisit diaqnozunu təsdiqləmək çətindir. Əksərən körpələr başqa diaqnozla əməliyyata alınır, ya da ki, 95 faiz hallarda gecikdirilir, appendiks partlamış olur . 50 faiz hallarda da appendisit kimi bəsit sayılan problem körpələrin ölümünə səbəb olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu