Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.