Modern.az

İcra hakimiyyəti 3 gəncin pulunu ödəmir

İcra hakimiyyəti 3 gəncin pulunu ödəmir

27 Dekabr 2017, 13:44

Bakıda hər iki valideynini itirən 3 gənc ata-anaları vəfat etdikdən sonra yaşadıqları yataqxana söküldüyündən  məhkəməyə müraciət edib. Ali Məhkəmənin çıxardığı qərara əsasən, Xətai Rayon İcra Hakimiyyəti Abdullayevlərə 45.000 manat kompensasiya ödəməlidir.

İddiaçı tərəf Sadiq Abdullayevin vəkili Ruhiyyə İsayeva Femida.az -a açıqlamasında bildirib ki, 2016-cı ilin iyun ayından məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minsə də, yerinə yetirilmir.


“İlk vaxtlar İcra hakimiyyəti qeyd edirdi ki, Maliyyə Nazirliyi ödənilməli olan 45 min manatı onların hesabına köçürməyib.Maliyyə Nazirliyi həmin məbləği artıq Xətai Rayon İcra hakimiyyətinə köçürüb. Buna baxmayaraq İcra hakimiyyəti pulu ödəmir.” 

Vəkil xanım həmçinin qeyd edib ki, 3 gəncin maliyyə durumu çox acınacaqlıdır. Bunun üçün məbləğin ödənilməsi onlar üçün çox vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu