Modern.az

Dünyada Yeni il - Maraqlı FAKTLAR

Dünyada Yeni il - Maraqlı FAKTLAR

27 Dekabr 2017, 14:34

Tarixdə ilk dəfə Yeni il bizim eradan 2000 il əvvəl qədim Mesopotomiyada qeyd olunurdu. Qədim misirlilər üçün hər il Nil daşqınlarından sonra yeni ilin başlanğıcı kimi qeyd edilirdi. Qədim romalılar martın 1 – ni Yeni il günü kimi qeyd edirdi.

 

1582 – ci ildə Roma Katolik Kilsəsi yanvarın 1 – nin Yeni il günü kimi qeyd edilməsini irəli sürən Qriqoriyan təqvimini qəbul edir. Yanvar da məhz iki üzü olan Yanus (Janus) tanrısının adı ilə adlandırılır. İngiltərə və Amerikadakı ingilis koloniyaları 1 yanvar tarixli Yeni ili 1752 – ci ildən qeyd edirlər.

Yeni il insanların pis işlərdən əl çəkib, yaxşı işlər görməyə səy göstərməsi kimi xarakterizə olunur.

 

Qədim farslar Yeni ildə bir-birilərinə yumurta hədiyyə edir və bununla da məhsuldarlığı simvollaşdırırdılar.

 

Amerika Birləşmiş Ştatlarının bir çox yerlərində Yeni il günü qara noxud yeyirlər ki, uğur gətirsin.

Estoniyalılar isə Yeni il günü 7, 9, yaxud 12 cür xörək yeyərək inanırlar ki, onlar bir çox insandan daha güclü olacaqlar.

 

Finlandiyada qəribə bir adət var ki, soba üzərində bir qabda metal ərdilir və su ilə dolu qaba atılır, suda soyuyaraq bərkiyən metal şam işığında təhlil edilərək bir insanın növbəti ildə taleyini izah edir. Danimarka xalqı isə istədikləri insanların qapısı ağzına yemək ataraq inanırlar ki, bu onlara yeni dostlar qazandıracaq.

 

İspaniyada 31 dekabr günü gecə yarısı insanlar 12 ədəd üzüm yeyirlər. Onlar arzu edir ki, bu onlara uğur gətirəcək.

 

Bu adət İspaniyada 1895 – ci ildən qeyd edilir. Yaponiyada Yeni il günü buddist məbədlərdə 108 dəfə zəng çalınır, bu isə Yeni il tanrısı Toşiqamiyə xoş getməsi üçün edilir.

Yunanıstanda Yeni il günlərində qapıdan soğan asılır ki, bu da həmin ailənin uşaqlarının xeyirxah olması üçündür.

 

Həmçinin yunanlar qapı ağzında soğan qıraraq bunun onları uğura və tərəqqiyə aparacağına da inanırlar.

 

Yeni il müxtəlif ölkələrdə müxtəlif xüsusi qidalar ilə qeyd olunur. Məsələn Cənubi Amerikada, İrlandiyada, Almaniya və İtaliyadakı yarpaqlı göyərtilər və paxlalı bitkilər maliyyə zənginliyi ilə əlaqələndirilir.

 

Yaponlar Yeni ildə uzun əriştə yeyirlər və inanırlar ki, bu onları uzunömürlü edəcək. Portuqaliya, Macarıstan, Avstriya və Kubada donuz əti standart bir Yeni il yeməyidir və bu, rifah və irəliləyişi ifadə edir.

 

Efiopiyada 13 ay var. 12 ay hər biri 30 gün, 13 – cü ay isə 5 gündən ibarətdir və Pagumen adlanır. Onların cari ili hələ 2010-cu ildir və onlar 11 sentyabrda Yeni ili qeyd edirlər.Qədim Havay adası əhalisi yeni ili 4 ay keçirirmiş, müharibə qadağan edilir, insanlar işlərini dayandırır və rəqs edir, ziyafət keçirir və istirahət edirdilər.

 

Rusiyada yeni ili iki dəfə - yanvarın 1 – də və 14 – də keçirirlər. Fransa inqilabından sonra Fransada qısaca onlu sistem əsasında yeni bir təqvim istifadə edilməyə başlandı; həftədə 10 gün, gündə 10 saat, saatda 100 dəqiqə və dəqiqədə 100 saniyə və 1-ci ildən başlayaraq.

 

Şimali Koreya Qriqoriyan təqvimindən deyil Yuçe adlı təqvimdən istifadə edir. Şimali Koreyalılar üçün indi 2014-cü il deyil. Onlara görə 105-ci ildir.

 

 Səbəb isə Şimali Koreyanın yaradıcısı saydıqları Kim II Sunqun 105 yaşının olmasıdır.2000-ci il yanvarın 1-də başlayan və 31 dekabr 2999-cu il tarixinə qədər davam edəcək "Longplayer" adlanan 1000 illik uzun bir mahnı var.

 

Afiq Nadirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər