Modern.az

Heydər Əsədov Dünya Bankının nümayəndələrilə görüşdü

Heydər Əsədov Dünya Bankının nümayəndələrilə görüşdü

27 Dekabr 2017, 16:33

Dekabrın 27-də nazir Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və Əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı ilə görüşüb.


Görüşdə əsas məqsəd Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq haqqında müzakirələrin aparılması olub.


Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov Dünya Bankı ilə uzun müddətdir ki, əməkdaşlıq edildiyini, bir çox layihələrin artıq yekunlaşaraq yüksək nəticələr verdiyini, Quba rayonunda Fermer Evinin özünü doğrultduğunu, ictimaiyyətin rəğbətini qazandığını, hal-hazırda 2 layihənin də uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 2000 kiçik layihə icra olunub. Layihənin uğurları bu ilin oktyabrında Dünya Bankının Vaşinqtonda keçirilən 17-ci İllik İclasında müzakirə olunub və yüksək dəyərləndirilib. Digər bir layihə - Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bruselyoza qarşı aparılmış tədbirlər planı da Çikaqoda "Bruselyoza qarşı mübarizə” üzrə Beynəlxalq Cəmiyyət tərəfindən yüksək dəyərləndirilib və bu təhlükəli xəstəliyin mövcud olduğu digər ölkələrdə də analoji üsulun seçilməsi tövsiyə olunub.


Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi səmimi qəbula görə təşəkkür edib və sentyabr ayında keçirilmiş Dünya Bankı ilə tərəfdaşlığın 25-ci ildönümünə həsr olunmuş tədbiri xatırladaraq, 2 tədbirin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Həmin tədbirlərin biri 2018-ci ilin əvvəlində Azərbaycan Dövlət Aqrar Universitetində keçiriləcəkdir. Digər tədbir isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində aralıq missiya ilə qarşıda duran vəzifələrin müzakirələrinin başlaması olacaqdır.


Nazir Heydər Əsədov növbəti illərdə də Dünya Bankı ilə əməkdaşlığa önəm verəcəyini diqqətə çatdırıb.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu