Modern.az

Ticarət mərkəzində partlayışın səbəbləri açıqlandı - Yenilənib

Ticarət mərkəzində partlayışın səbəbləri açıqlandı - Yenilənib

Dünya

27 Dekabr 2017, 22:50

Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində ölən olmasa da, xəsarət alan 9 nəfər xəstəxanalara yerləşdirilib.

 

Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb.

 

21:59

 

Sankt-Peterburqda ticarət mərkəzində partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış ticarət mərkəzində olan mağazalardan birində baş verib. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Ticarət mərkəzində olan insanlar təxliyə olunub.

İlkin məlumata əsasən, insident nəticəsində 10 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU