Modern.az

Bakı Təhsil İdarəsindən “itkin şagird”lə bağlı AÇIQLAMA  

Bakı Təhsil İdarəsindən “itkin şagird”lə bağlı AÇIQLAMA   

28 Dekabr 2017, 11:22

Bir neçə gün bundan qabaq  17 nömrəli məktəbin şagirdi evə getmədiyinə görə valideynləri polisə müraciət edib. Şagirdin yoxa çıxması narahatlıq yaradıb.

Məsələ ilə bağlı Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, şagird ailəsinə təhvil verilib.

17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin bir nəfər VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dekabrın 26-da dərslərdə iştirak edib, dərsdən sonra əlavə məşğələdə olub. Dərsdən sonra evə getmək üçün məktəbdən çıxıb. Axşam saatlarında məlum olub ki, uşaq evə getmədiyi üçün valideynləri polisə müraciət ediblər.

Onu da qeyd edək ki, həmin şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirddir.

Hazırda uşaq polis tərəfindən tapılıb ailəsinə təhvil verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu