Modern.az

“Qar yağmaqda davam edir, itən alpinistlərin izini tapmaq çətindir”- Polkovnik

“Qar yağmaqda davam edir, itən alpinistlərin izini tapmaq çətindir”- Polkovnik

28 Dekabr 2017, 12:19

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, itən alpinistlərlə bağlı yaradılmış qərargahın rəhbəri polkovnik Şahin Mirzəyev axtarış tədbirlərindən danışıb. 

 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Ş. Mirzəyev qeyd edib ki, hazırda axtarış tədbirləri davam etdirilir: “Mən indi elə yerdəyəm ki, çox danışa bilmirəm. Dağın üstündəyəm.

 

Helikopterlər axtarışlara cəlb olunub. Burada yarım metrə yaxın qar var. İz tapmaq çətindir. Hər gün də qar  yağmaqda davam edir. Zirvələrə çoxdan baxılıb. FHN-nin əməkdaşlarından əlavə olaraq axtarış tədbirlərinə alpinistlər də cəlb olunub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu