“Bu il ərzində Azərbaycanda daha iki ölkənin səfirliyi açılıb. Bunlar Peru və Kosta-Rika səfirlikləridir”.
Modern.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Qurum rəsmisi bildirib ki, hazırda Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş konsulluq fəaliyyət göstərir.
“2017-ci il ərzində isə Azərbaycanın Avstriya, Sudan və Cibutiyə fəxri konsulları, Efiopiyanın isə Azərbaycana fəxri konsulu təyin olunub”.