Əfqanıstanın paytaxtı Kabildə ilin son günlərində baş verən partlayışlar səngimir.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün səhər radələrində Kabildəki “ Əfqan Səsi”xəbər agentliyinin binasında bir terrorist özünü partladıb.
Ölkənin Daxili işlər Nazirliyindən verilən məlumata görə,ən az 40 adam həyatını itirib. Onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı ehtimal olunur.
Şahidlərin sözlərinə görə, hadisə zamanı bir terrorist özünü partladıb,bundan sonra başqa bir terrorçu binaya daxil olaraq insanları güllələyib.
Əbülfəz Kərimov