Modern.az

“Kurtlar vadisi” ekranlara geri qayıdır – “Polad Alemdar”dan AÇIQLAMA

“Kurtlar vadisi” ekranlara geri qayıdır – “Polad Alemdar”dan AÇIQLAMA

28 Dekabr 2017, 13:43

Türk televiziya tarixinin ən uzun və ən çox müzakirələrə səbəb olan, Azərbaycanda xeyli sayda izləyicisi olan “ Kurtlar vadisi” serialı  tezliklə ekranlara geri dönəcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Kurtlar vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polad Alemdar obrazı) yeni serial olacaq “Kurtlar vadisi Kaos”un 2018-ci ilin fevral ayında başlayacağını bildirib:

 

“Serialın ssenarisi artıq hazırdır. Fevraldan etibarən yayımlanacaq”.

 

Necati Şaşmaz hələ ki,serialın yayımlanacağı telekanalın adını deməsə də,tezliklə serialın anonsunun həmin telekanalda təqdim ediləcəyini bildirib.

 

Əbülfəz Kərimov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu