Modern.az

Rusiyada azərbaycanlı qadının boğazını kəsdilər

Rusiyada azərbaycanlı qadının boğazını kəsdilər

28 Dekabr 2017, 14:22

Leninqrad əyalətinin Myaqkovo kəndində dekabrın 26-da sakinlər ərzaq mağazasının yaxınlığında yaralı qadın aşkar ediblər.

 

Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir. 

 

Məlumata görə, qadın boğazı kəsilmiş halda və ətrafdakılardan kömək diləyən vəziyyətdə tapılıb.

 

Sakinlər dərhal tibbi yardım çağıraraq qadını xəstəxanaya çatdırıblar.

 

Qadının xəsarəti ağır olduğundan özü və hadisənin təfərrüatı barədə məlumat verə bilməyib. Qadının vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Polisin  faktla bağlı araşdırmalara başlayıb. Məlum olub ki, həmin qadının 25 yaşı var və Azərbaycan vətəndaşıdır. 

 

Bildirilib ki, qadını naməlum şəxs bıçaqlayıb və hadisə yerindən “Şevrole” markalı avtomobilə əyləşərək qaçıb. Avtomobilin nömrələri artıq müəyyənləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu