Modern.az

Alpinistlərin axtarışına əlavə dəstələr cəlb edilib

Alpinistlərin axtarışına əlavə dəstələr cəlb edilib

Aktual

28 Dekabr 2017, 14:41

23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir”.

Bu bardədə Modern.az-a Fövəqladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

 
Hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov da sosial şəbəkədə axtarışlara dair yeni xəbər paylaşıb:

İtən dağçılarımızla əlaqədar bu gün Şahyaylaqda qərargah qurulub. Axtarışa FHN-in xüsusi xilas etmə qrupu da qoşulub. Ümumilikdə 3 qrup- Alpinistlər, FHN-xüsusi xilasetmə və xınalıqlı bir qrup axtarır... Bir də əlavə köməkçi dəstə ilə ümumi komanda qərargah məntəqəsində axtarışların gedişatı izlənilir. Hava şəraiti yaxşıdır. Yüngül külək var. Hər kəs ümidlə nəticə gözləyir...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu