Modern.az

Ağsuda reyd keçirildi – sürücülərə cərimə kəsildi

Ağsuda reyd keçirildi – sürücülərə cərimə kəsildi

28 Dekabr 2017, 14:55

Bayram  öncəsi yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə,  Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə  tədbir keçiriblər.

 

Dekabrın 28-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə, bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib.

 

Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu